Xızı sakinindən silah-sursat götürülüb

Xızı sakinindən silah-sursat götürülüb
  07 Sentyabr 2019    Oxunub:1510
Xızı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatlı saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini Elxan Abbasov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun qəsəbə ərazisində yaşadığı fermaya keçirilən baxış zamanı oradan bir ədəd əl qumbarası, bir ədəd partladıcı, bir ədəd AK-74 markalı avtomat, 56 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbarası və partladıcı saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib, odlu silah isə hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsinin araşdırılması üçün ekspertizaya təqdim olunub.

İlkin dindirilmə zamanı E. Abbasov silah və döyüş sursatının çay kənarında tapdığını bildirib. Faktla bağlı Xızı RPŞ-nə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Xızı   Silah  





Xəbər lenti