"Hərbiyyə - 101" düşərgəsində 2-ci gün - FOTOLAR

  07 Sentyabr 2019    Oxunub : 1618
 "Hərbiyyə - 101" düşərgəsində 2-ci gün - FOTOLAR
"Hərbiyyə - 101" düşərgəsinin ikinci günündə iştirakçılar ilk olaraq Füzuli rayonunun Horadiz şəhərində ulu öndərin abidəsi önünə çələng qoyublar. Həmçinin Aprel döyüşlərinin şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Azvision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Birlik komandiri, general-mayor Mayis Bərxudarov və digər qonaqlar iştirak ediblər.



Sonra Lələtəpə zirvəsinə səfər təşkil edilib.



Günün 2-ci yarısında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şükür Həmidovun rəhbərliyi ilə atışın əsasları, üsul və qaydaları, atəş hazırlığı üzrə 1, 2, 13, 14-cü normativlərin yerinə yetirilməsi, əl qumbarasının məsafəyə və dəqiq atılması üzrə məşqlər aparılıb. Məşqlər tam mənimsənildikdən sonra atəş atıcılığının praktiki yerinə yetirilməsi, həmçinin silahın gözü bağlı şəkildə sökülüb-yığılması üzrə yarışlar keçirilib.



"Hərbiyyə - 101" düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və Azvision.az xəbər saytıdır.

























Azvision.az

Teqlər: Hərbiyyə-101   Vətənpərvərlik   Düşərgə