Bakıda külək, rayonlarda yağış olacaq

   Bakıda külək, rayonlarda yağış olacaq
  07 Sentyabr 2019    Oxunub:1795
Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
ETSN Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan Azvision.az -a verilən məlumata görə, havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti təşkil edəcək. Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti, dağlarda gecə 7-11° isti, gündüz 12-17° isti təşkil edəcək.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti