Neftçalada dəhşətli qəza: Ölü sayı 4-ə çatdı - (Yenilənib)

 Neftçalada dəhşətli qəza:  Ölü sayı 4-ə çatdı - (Yenilənib)
  08 Sentyabr 2019    Oxunub:8307
Bu gün Neftçala rayonunda baş vermiş yol qəzasında yaralanan "Mercedes" markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlu xəstəxanada dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***
(16:20)

Neftçala rayonunda ağır yol qəzası baş verib.

Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb. Belə ki, “Mercedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***
Neftçala rayonunda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub. “Mercedes” markalı avtomobildə olan Neftçala şəhər sakinləri - 2017-ci il təvəllüdlü Ələkbərova Humay Elçin qızı, “Lexus”un sürücüsü Xankişiyev Xanlar Ayaz oğlu hadisə yerində ölüblər. Bakı şəhər sakini, 1962-ciil təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı isə xəstəxanada dünyasını dəyişib.

Azvision.az



Teqlər: Neftçala   Qəza  





Xəbər lenti