Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
  08 Sentyabr 2019    Oxunub:1443
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə daxil olaraq intihara cəhdin qarşısını alıblar.

Azvision.az


Teqlər: FHN   İntihar  





Xəbər lenti