İmişlidə faciə - Bir ailənin 5 üzvü öldü

      İmişlidə faciə    - Bir ailənin 5 üzvü öldü
  09 Sentyabr 2019    Oxunub:4219
İmişli rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib. Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanl minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində avtomobildə olan sürücü, İmişli sakinləri - sürücünün qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır. (APA)

Azvision.az



Teqlər: İmişli   Qəza   Ölüm  





Xəbər lenti