Gömrükdən qanunsuz telefon keçirmək istədi

Gömrükdən qanunsuz telefon keçirmək istədi
  09 Sentyabr 2019    Oxunub:1243
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsinin gizli saxlanc yerindən beş ədəd "Mİ A3" markalı mobil telefon aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: Gömrük   Telefon  





Xəbər lenti