Vasif Talıbov yeni fond yaratdı

 Vasif Talıbov yeni fond yaratdı
  09 Sentyabr 2019    Oxunub:2706
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondu yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, Elmin İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında fundamental elmi yeniliklərin stimullaşdırılmasını, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsini, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsini təmin etmək məqsədi ilə yaradılıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etməsi tapşırılıb.

Azvision.az




Teqlər: Naxçıvan   VasifTalıbov  





Xəbər lenti