Keçmiş məhkum bıçaqla köşkə basqın edib

Keçmiş məhkum bıçaqla köşkə basqın edib
  09 Sentyabr 2019    Oxunub:1316
Bakıda köşkə basqın edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini L.Abbaszadə sentyabrın 8-də rayon ərazisində işlədiyi köşkə girən naməlum şəxsin onu bıçaqla hədələyib 650 manat pulunu aldığını bildirib.

Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Basqın  





Xəbər lenti