Sahibsiz itlər üçün yeni sığınacaqlar tikilir

Sahibsiz itlər üçün yeni sığınacaqlar tikilir
  09 Sentyabr 2019    Oxunub:2150
Bakı şəhərindəki sahibsiz itlərlə bağlı həyata keçirilən layihənin davamı olaraq yeni it sığınacağı yaradılacaq.
“Toplan” sahibsiz itlərə Qayğı Mərkəzindən Azvision.az -a verilən məlumata görə, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində 5 min itin saxlanılması üçün bu sığınacaqda “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən küçələrdən toplanan və mərkəzdə müəyyən tibbi prosedurlardan keçən itlər məskunlaşacaq.

Yeni sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, həmçinin onların baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatələndiyi məkan olacaq. Pirəkəşkül qəsəbəsindəki sığınacağın 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi fərdi şəxslər tərəfindən yaradılan sığınacaqlara dəstək göstərilməsi istiqamətində daha bir layihəni başa çatdırmaq üzrədir. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki park ərazisində olan it sığınacağının müraciəti əsasında “Toplan” Mərkəzi onların mövcud şəraitinin yaxşılaşdırılması işlərini həyata keçirib. Müraciət əsasında “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi tərəfindən itlər üçün yeni ünvanda müasir tələblərə cavab verən sığınacaq inşa olunub. Sentyabr ayındaistifadəyə veriləcək bu sığınacaqda it qəfəsləri, su, kanalizasiya və işıqlandırma sistemi qurulub.

Azvision.az



Teqlər: Sahibsiz-İt   Toplan  





Xəbər lenti