Sabah bu ərazidə qaz olmayacaq

Sabah bu ərazidə qaz olmayacaq
  10 Sentyabr 2019    Oxunub:1438
Sentyabrın 10-da saat 10:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində təbii qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, gün ərzində “Zabrat-2” və Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.

Azvision.az



Teqlər: Azəriqaz   Qəsəbə   Qaz   Zabrat  





Xəbər lenti