Miqrasiya Könüllüləri “DOST” kubokunu qazanıb

Miqrasiya Könüllüləri “DOST” kubokunu qazanıb
  10 Sentyabr 2019    Oxunub:3069
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin nəzdində ilk DOST Mərkəzinin fəaliyyətə başlamasının 100 günü münasibətilə “Kim? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, turnirdə dövlət qurumları, gənclər təşkilatları, media nümayəndələri, QHT-lər, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət 49 komanda mübarizəyə qoşulub.

Turnir üç turdan ibarət olub. DMX-nin “Miqrasiya Könüllüləri” gənclərin yarışında ən yüksək nəticə göstərərək “DOST” kubokuna layiq görülüblər.

Miqrasiya Könüllüləri ümumi komandalar arasında da mükafat əldə ediblər. Könüllülər üç turun nəticələrinə əsasən, yalnız İqtisadiyyat Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kollektivlərindən geri qalaraq turnirin bürünc medallarını qazanıblar.

Azvision.az



Teqlər: Miqrasiya-Xidməti  





Xəbər lenti