Bu gün Aşuradır

 Bu gün Aşuradır
  10 Sentyabr 2019    Oxunub:2842
Bu gün Azərbaycanda Aşura günü qeyd olunur.
Azvision.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şuranın fətvasına əsasən, Aşura günü sentyabrın 10-na təsadüf edib.

Aşura mərasimləri mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Azvision.az



Teqlər: Aşura  





Xəbər lenti