Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib - FOTOLAR

Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib -    FOTOLAR
  10 Sentyabr 2019    Oxunub:1980
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, qəbulda müraciətlər əsasən işlə təmin edilmə ilə bağlı olub. Həmçinin müxtəlif ideya və təkliflər dinlənilib.

Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.





Azvision.az



Teqlər: Ülvi-Mehdiyev   Qəbul  





Xəbər lenti