“Hərbiyyə - 101” düşərgəsində növbəti gün - FOTOLAR
Silahların işə düşməsinə, partlayışların törədilməsinə baxmayaraq iştirakçılar sonadək mübarizə apararaq bayraqlarını müdafiə ediblər. Birlik komandiri, general - mayor Mayis Bərxudarov iştirakçıları pusqudan uğurla çıxdıqlarına görə təbrik edib.
Həmçinin kəşfiyyat qrupları tərəfindən düşmən obyektlərinə nümunəvi basqın məşğələsi keçirilib. Düşmən obyektlərinin mühafizəçiləri zərərsizləşdirilib, kəşfiyyatçılar bir nəfəri əsir götürərək qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetiriblər.
Yaşayış məntəqələrində xüsusi təyinatlı qrupların fəaliyyəti üzrə nümunəvi məşqlər də təqdim olunub.
Kəşfiyyatçı snayperlərin və əsgərlərin müxtəlif şəraitlərdə birlikdə maskalanması, həmçinin kəşfiyyat silah və optik elektron cihazlar, mini pilotsuz uçuş aparatları, dağ ləvazimatları və xüsusi kəşfiyyatçı geyimləri ilə tanışlıq keçirilib.
Komanda üzvləri kompasın köməyi ilə hərəkət qaydalarını mənimsəyib, həmçinin 5 km məsafəyə səmti müəyyənləşdirmə üzrə idman yarışları təşkil olunub.
Sonra Beyləqan rayonunun Qəhrəmanlı kəndində yerləşən Şəhidlər abidəsi ziyarət olunub.
Yat komandasından sonra gecə yarısı həyəcan siqnalı əsasında iştirakçıların ayıqlığı yoxlanılıb.
Azvision.az
Teqlər: Hərbiyyə-101