İndiyədək neçə nəfər qan verib?

  10 Sentyabr 2019    Oxunub : 916
İndiyədək neçə nəfər qan verib?
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.
Nazirlikdən Azvision.az -a bildirilib ki, saat 18:00-a olan məlumata əsasən, 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614 litr qan tədarük olunub.

Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Azvision.az

Teqlər: Aksiya