Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

 Bakıda itkin düşən 13 yaşlı qız tapıldı
  11 Sentyabr 2019    Oxunub:2044
Bakıda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.
Bakı şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.

Azvision.az



Teqlər: Qız   Polis   İtkin  





Xəbər lenti