Bu gün 4 küçədə rənglənmə işləri aparılacaq

Bu gün 4 küçədə rənglənmə işləri aparılacaq
  11 Sentyabr 2019    Oxunub:1514
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Aşıq Molla Cümə, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan, Nəsimi rayonu, Əliyar Əliyev və Nizami rayonu İsmayıl Məmmədov küçələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti