Bakıda iqtidarla müxalifətin görüşü - FOTOLAR

Bakıda iqtidarla müxalifətin görüşü -  FOTOLAR
  11 Sentyabr 2019    Oxunub:11545
Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılıya və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıblar.









Elvin Abdulqədirov
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: Partiya   siyasi   YAP  





Xəbər lenti