Gədəbəydə 7 otaqlı evdə yanğın olub

Gədəbəydə 7 otaqlı evdə yanğın olub
  11 Sentyabr 2019    Oxunub:1550
Gədəbəy rayonunun Qaradağ kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 40 m² və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHn   Yanğın  





Xəbər lenti