"Əli Kərimlini tədbirə mən dəvət etmədim" - Fəzail Ağamalı
"Baxın, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər, Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, RaAl və digər partiyalara da cəbhə açıb. Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var. Ona görə də bu cür insanı mənəviyyatıma sığışdırıb tədbirə dəvət etmədim. Tədbirin təşkilatçısı kimi, mənim Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır", - F.Ağamalı bildirib.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Partiya Fəzail-Ağamalı