Hollivud tarixində ən uğursuz film

  12 Sentyabr 2019    Oxunub : 1035
 Hollivud tarixində ən uğursuz film
Hollivud tarixində ən uğursuz film statusu 2012-ci ildə “Disney” studiyasında macəra janrında çəkilən “Con Karter” filminə verilib.
Azvision.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Bildirilib ki, marketinq xərcləri nəzərə alınmaqla, 363,7 milyon dollar büdcəsi olan film cəmi 284 milyon dollar gəlir gətirib. Ekran əsərinin yekun maliyyə itkiləri 136,6 milyon dollara bərabər olub. Filmin yaradıcıları müxtəlif maliyyə prosedurları sayəsində ziyanı bir qədər azalda biliblər.

Azvision.az

Teqlər: Film