Bakıda ağır qəza: İki qadın yaralandı

  12 Sentyabr 2019    Oxunub : 895
 Bakıda ağır qəza: İki qadın yaralandı
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəza Bakı dairəvi yolunda qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər - 23 və 27 yaşlı qadınlar təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onlara kəllə beyin travması diaqnozu qoyulub.

Azvision.az

Teqlər: Qəza   Yol