Rəsmi Bakı Krımda keçirilən “seçkiləri” tanımır

 Rəsmi Bakı Krımda keçirilən “seçkiləri” tanımır
  12 Sentyabr 2019    Oxunub:2956
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildiirb.
XİN-in mətbuat katibi Leyla Abdullayeva Azvision.az -a bildirib ki, Azərbaycan həmin "seçkiləri" tanımır.

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır". - L.Abdullayeva vurğulayıb.

Azvision.az


Teqlər: Krım   Seçki   XİN  





Xəbər lenti