Konstitusiya Məhkəməsi Palatası toplandı

  12 Sentyabr 2019    Oxunub : 1159
Konstitusiya Məhkəməsi Palatası toplandı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7-ci, 21-ci, 25-ci, 33-cü, 141-ci, 142-ci və 145-ci maddələrinin şərh edilməsinə dair Gəncə Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 2-nə təyin edilmiş iclasında baxılacaq.

Azvision.az

Teqlər: KonstitusiyaMəhkəməsi