Hava əsasən yağmursuz keçəcək

Hava əsasən yağmursuz keçəcək
  13 Sentyabr 2019    Oxunub:1719
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti