Bakı-Sumqayıt avtobuslarının sayı artırılır

 Bakı-Sumqayıt avtobuslarının sayı artırılır
  13 Sentyabr 2019    Oxunub:2111
Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq.
Bu barədə Azvision.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, avtobusların sayının artırılmasında əsas məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq, tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır.

"Bu səbəbdən də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən 595, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub".

Azvision.az



Teqlər: DANX   Avtobus  





Xəbər lenti