Bakı siqarsevərləri bir araya gətirdi

  13 Sentyabr 2019    Oxunub : 1144
Bakı siqarsevərləri bir araya gətirdi
Bakıda ilk “Bakı Beynəlxalq Siqar Festivalı” start götürüb.
Azvision.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən festivala MDBAvropanın bir sıra ölkələrindən 100-ə yaxın siqarsevər qatılıb. Bakı Siqar Klubunun təşkilatçılığı ilə baş tutan festival 3 gün davam edəcək. Festival müddətində iştirakçılar üçün bir-birindən maraqlı və əyləncəli proqramlar keçiriləcək.

Eyni zamanda, festival çərçivəsində qonaqların Bakı haqqında ətraflı məlumatlandırılması məqsədilə paytaxtın tarixi-mədəni, gəzməli-görməli yerlərinə səfərlər təşkil olunacaq.

Qonaqlara, həmçinin Azərbaycanın milli mətbəxi, insanların qonaqpərvərliyi haqda geniş informasiya verilib. Xatırladaq ki, Bakı Siqar Klubu ötən il Avropanın ən yaxşı klubu elan edilib.

Azvision.az

Teqlər: Turizm   Siqar