Hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib

Hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib
  13 Sentyabr 2019    Oxunub:1556
Cəbhəboyu zonada yerləşən hərbi hissədə Müdafiə Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə mədəni-kütləvi tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Çıxış edənlər ordu sıralarında xidmət edənlərin asudə vaxtının səmərəli təşkili, eləcə də bu növ tədbirlərin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərdiyini bildiriblər.

Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivləri əsgərlər qarşısında rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Sonda tədbirin təşkilində fəal iştirak edənlərə hərbi hissənin komandiri adından fəxri fərmanlar təqdim olunub.

Azvision.az



Teqlər:





Xəbər lenti