Qazaxda torpaq uçqunu: Bir nəfər ölüb

  13 Sentyabr 2019    Oxunub : 1214
Qazaxda torpaq uçqunu: Bir nəfər ölüb
Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunda baş verən torpaq uçqunu ilə bağlı məlumat yayıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunun Qarapapaq kəndində kanalizasiya xətlərinin çəkilişi zamanı bir nəfər torpaq qatının altında qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan müvafiq xilasetmə qüvvələri 1982-ci il təvəllüdlü Qocayev Gündüz Məşədi oğlunun meyitini torpaq altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qazax   Uçqun