Tvitterdən təzə xəbər

Tvitterdən təzə xəbər
  08 Dekabr 2013    Oxunub:880
“Twitter”ə mobil telefonlarda internetsiz daxil olmaq mümkün olacaq.
AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, “Twitter” mikrobloqlar xidməti internetə çıxış imkanına malik olmayan mobil telefonlarda əlçatan olacaq. Şirkət Sinqapurun “U2opia Mobile” startapı ilə müvafiq saziş bağlanıb.

Yeni xidmət 2014-cü ilin birinci rübündə işə salınacaqdır. Xidmət inkişaf etməkdə olan ölkələrdə mobil telefon istifadəçiləri üçün nəzərdə tutulub. “Twitter”in populyar xəbərlər lentini oxumaq üçün xüsusi kod yığmaq lazımdır.

“U2opia Mobile” startapının artıq “Facebook” və “Google Talk” ilə oxşar layihələri vardır. Startap 30 ölkədə təqdim edilmiş və öz xidmətlərini 7 dildə təklif edir.

Xatırladaq ki, “Wikimedia Foundation” fondu bu yaxınlarda “Airtel” şirkəti ilə birgə layihə təqdim edib. Söhbət “Wikipedia” ensiklopediyasına oflayn giriş üçün ödənişsiz SMS xidmətindən gedir. Yeni xidmət “Wikipedia Zero” adlanır.


Teqlər:





Xəbər lenti