Qusarda itkin düşən ana və qızı tapıldı

   Qusarda itkin düşən ana və qızı tapıldı
  16 Sentyabr 2019    Oxunub:3423
Qusarda 20 gün əvvəl itkin düşən ana və azyaşlı qızı tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova avqustun 25-i səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasıgilə gedəcəyini bildirərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Rima Talıbova və azyaşlı qızı sentyabrın 14-də Qusar rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az



Teqlər: Qusar   İtkin   Ana   Qız  





Xəbər lenti