Zaxarova Ukrayna ilə münasibətləri şərh etdi

Zaxarova Ukrayna ilə münasibətləri şərh etdi
  16 Sentyabr 2019    Oxunub:1488
"Rusiya-Ukrayna münasibətlərində müsbət dəyişikliklərin olduğuna əmin deyiləm"
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, hesab edir ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin yaxşılaşması barədə danışmaq hələ tezdir.

"Hesab edirəm ki, konkret addım atılmalıdır. Saxlanılanların dəyişdirlməsi müsbət hadisə idi. Ancaq hansı tendensiyalar olacaq, bunu söyləmək çox çətindir".

Zaxarova Ukrayna XİN ilə təmasda müsbət dəyişikliyin olmadığını və Ukraynada XİN rəhbərinin dəyişməsinin iki ölkə arasındakı münasibətlərə təsir etmədiyini vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti