“Avtoş”luq videosu yayılan sürücü işdən çıxarıldı
Dərhal daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatının alınması təmin edilib. Nəqliyyat vasitəsi müvəqqəti olarq xətdən kənarlaşdırılıb. Sürücü yol verdiyi kobud qayda pozuntusuna görə daşıyıcının müvafiq əmri ilə işdən azad edilib.
40 nömrəli avtobusun DQN nörməsini görüntülərədən müəyyən edilməsi mümkün olmayıb. Hazırda digər vasitələrlə sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Qeyd edilib ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən, təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək.
Azvision.az