“Sosial məsuliyyət hər bir insanın düşüncə tərzi olmalıdır” - Bakı polisi

“Sosial məsuliyyət hər bir insanın düşüncə tərzi olmalıdır” -  Bakı polisi
  17 Sentyabr 2019    Oxunub:2760
Polisin fəaliyyətinin səmərəlilik əmsalı cəmiyyətin təhlükəsizlik səviyyəsi ilə ölçülür. Polis bu gün ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir.
Azvision.az -ın məlumatına görə, bu barədə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin fikrincə, təkcə cinayətin açılmasında deyil, həm də risk qrupuna daxil olan – münaqişəli ailələrin, çətin tərbiyə olunan uşaqların, narkomaniya və yol hərəkəti təhlükəsizliyinə qarşı mübarizədə profilaktika, maarifləndirmə işinin genişlənməsi ilə bağlı fəal iş aparır.

"Bu istiqamətdə uğurlar əldə edilməsi xeyli dərəcədə polis-vətəndaş həmrəyliyindən asılıdır. Cəmiyyətdə müşahidə olunan sosial-neqativ problemləri aradan qaldırmaq üçün onları inkar etmək, “mənlik deyil” deyib sosial məsuliyyətdən yayınmaq nə qədər doğrudur?! Məsuliyyət “sorğu-suala çəkmək”, “hesablaşmaq” mənasındadırsa, yaxud mənəvi öhdəlikdirsə, insan öz hərəkət və əməllərinə görə cavabdehlik daşıyır. Bu baxımdan sosial məsuliyyət hər bir insanın düşüncə tərzi olmalıdır".

Azvision.az



Teqlər: Polis   BŞBPİ  





Xəbər lenti