Təhsil kreditləri ilə bağlı qanun layihəsi hazırlanır

  17 Sentyabr 2019    Oxunub : 2265
 Təhsil kreditləri ilə bağlı qanun layihəsi hazırlanır
Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, ödənişli təhsil alan tələbələrin problemlərini həll etmək üçün ayrıca qanunun hazırlanması məqsədəuyğun hesab edilir:

“Bununla bağlı müzakirələr aparılır. Hazırda “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması istiqamətində iş gedir. Burada əsasən dünya təcrübəsi öyrənilir”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Təhsil   Kredit