Milli Məclisdə komitə iclası keçirildi

Milli Məclisdə komitə iclası keçirildi
  17 Sentyabr 2019    Oxunub:1873
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda komitə sədri İsa Həbibbəyli 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat verib. Sonra Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

İclasda “Məişət zorakılığının qorunması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” dəyişiklik layihələri müzakirə olunub.

Qeyd edilib ki, layihələr uyğunlaşdırma xarakterlidir. Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Komitə   İclas  





Xəbər lenti