Gömrükdə pirotexniki vasitələr aşkar edilib

  18 Sentyabr 2019    Oxunub : 767
Gömrükdə pirotexniki vasitələr aşkar edilib
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes -Benz E300" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə gömrük baxışı zamanı minik maşınının yük yerində ehtiyat təkər olan hissəsində vətəndaşın gömrük nəzarətindən gizlətdiyi, üzərində "Magic Shots 20 S" yazılan 370 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK   Gömrük