Goranboyda qəza 3 yaşayış məntəqəsini qazsız qoydu

  18 Sentyabr 2019    Oxunub : 762
Goranboyda qəza 3 yaşayış məntəqəsini qazsız qoydu
Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomabili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təziqli qaz kəmərinə çırpılıb.
"Azəriqaz"dan Azvision.az -a verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb. Səhər saatlarında qazın verilişi üçün bərpa işləri aparılacaq.

Azvision.az

Teqlər: Qaz   Goranboy