Gələn həftə Azərbaycana payız gəlir

 Gələn həftə Azərbaycana payız gəlir
  21 Sentyabr 2019    Oxunub:3188
Bu il Azərbaycana payız fəsli sentyabrın 23-də saat 11.50-də daxil olacaq.
Azvision.az -ın məlumatına görə, həmin gün - həftənin bazar ertəsi gecə-gündüz bərabərliyi baş verəcək.

Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 08.19-da qədəm qoyacaq.

Azvision.az


Teqlər: Payız   Fəsil  





Xəbər lenti