Saatlıda qəza, 300 abonent qazsız qaldı

Saatlıda qəza, 300 abonent qazsız qaldı
  22 Sentyabr 2019    Oxunub:2004
Ötən gecə 03:30 radələrində qəzaya uğrayan “Mersedes” markalı avtomobil Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 mm olan daşıyıcı qaz kəmərini zədələyib.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, kəmər bir yerdən qırılıb.

Nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.

Azvision.az



Teqlər: Saatlı   Qəza  





Xəbər lenti