“Əli Kərimli üzr istəyib istefa verməlidir” - Emin Milli

 “Əli Kərimli üzr istəyib istefa verməlidir” -   Emin Milli
  23 Sentyabr 2019    Oxunub:7504
"Öz qızının dizini, həyat yoldaşının barmaqlarını sındıran cinayətkar Fuad Qəhrəmanlı mütləq həbs edilməli və cəzasını almalıdır"

Azvision.az xəbər verir ki, bunu "Meydan TV"nin keçmiş rəhbəri, Almaniyada yaşayan Emin Milli "Facebook" səhifəsində yazıb. O, baş verən hadisələrlə əlaqədar AXCP sədri Əli Kərimlini də ittiham edib.
"Selcanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu, cinayətə bəraət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran ata ilə o qızın hansı gələcəyi ola bilər? Normal bir ölkədə Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib, istefa verməli idi. AXCP üzvləri də Əli Kərimlinin istefalarını tələb etməliydilər".

E.Milli qeyd edib ki, AXCP rəhbərliyinin azadlıq, insan haqqları, demokratiya barədə danışmağa mənəvi haqı yoxdur.

"Bunu bilib və belə siyasətçini müavin kimi saxlayan "demokrat" siyasətçi istefa verməlidir, əgər aparılan mübarizə demokratiya və azadlıq dəyərləri uğrundadırsa. Yalnız Fuad bəyin istefası ilə kifayyətlənənləri isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsınız? Siz AXCP üzvlərinin, Əli Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursunuzz? Onlar Fuad Qəhrəmanlını bu gündə müdafiə edirlər, döyülənləri təhqir edirlər, haqq sözünü deyənləri təhqir edirlər və hədələyirlər. Bunlarla birlikdə demokratiya quraq deyirsinizz? Bunlarla yalnız totalitar rejim qurmaq olar, hamınız da güllələnərsiniz, asılarsınız...".



Xatırladaq ki, ötən həftə F.Qəhrəmanlının qızı Selcan Yağmur "Facebook" səhifəsində atası ilə bağlı sensasion məlumatlar yayıb. Anası və özünün fiziki zorakılığa məruz qaldığını deyən gənc qız bu səbəbdən atasından imtina etdiyini bildirib.

Yaşanan xoşagəlməz hadisələrlə əlaqədar F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Belə ki, Qəhrəmanlı Zümrüd İsrafil qızı cari ilin avqustun 1-də nigahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb. Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

Sosial şəbəkələrdə insanların haqlı olaraq etirazına tuş gələn F.Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verdiyini bəyan edib.

Azvision.az



Teqlər: Emin-Milli   Əli-Kərimli   AXCP  





Xəbər lenti