Qubada dələduzluq edən 3 əcnəbi saxlanıldı

  23 Sentyabr 2019    Oxunub : 1141
Qubada dələduzluq edən 3 əcnəbi saxlanıldı
Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən şəhər sakini V.Hüseynova sentyabrın 20-də işlədiyi mağazaya gəlmiş 3 nəfərin onu aldadaraq 180 manatını aldıqlarını bildirib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən 3 əcnəbi müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Quba   Dələduz   Əcnəbi