Sərdar Cəlaloğlu da övladlarını döyübmüş - Sensasion etiraf
Bunu Azvision.az -a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O. qeyd edib ki, bu hadisə övladları uşaq olarkən baş verib:
S.Cəlaloğlunun sözlərinə görə, məlum hadisədən sonra övladları səhv etdilərini başa düşüblər.
"O zamandan indiyədək nəinki onları döymək, heç hirslənmərəm də. Ailəmizdə atam və anam 50 ilə yaxın ər-arvad olublar. Bircə dəfə atamın anama əl qaldırdığını görməmişəm. Qardaşlarım arasında həyat yoldaşlarını döyən olmayıb. Ümumən qohum-əqrəbada belə zorakılıq hallarını müşahidə etməmişəm. Ailə həyatında nəinki zorakılığa, qeyri-insani münasibətlərə yol vermək olmaz", - deyə partiya sədri vurğulayıb.
Qeyd edək ki, AXCP sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlının övladları və həyat yoldaşını fikizi zorakılığa məruz qoyması ciddi müzakirələrə səbəb olub. Bu əməlinə görə F.Qəhrəmanlı ictimai qınağa tuş gəlib.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Sərdar-Cəlaloğlu