Baş nazirdən “ASAN xidmət”lə bağlı QƏRAR

Baş nazirdən “ASAN xidmət”lə bağlı QƏRAR
  09 Dekabr 2013    Oxunub:3352
Baş nazir Artur Rasizadə 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin siyahısı”nda dəyişikliklər edib.
AzVision.az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi elektron xidmətlərin sırasına informasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədi ilə onlayn növbənin tutulması və “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətin nəticəsində təqdim edilməli olan hazır sənədlə bağlı məlumatın verilməsi daxil olunub.


Teqlər:  





Xəbər lenti