Elmar Məmmədyarov Zoran Zaev ilə görüşüb

Elmar Məmmədyarov Zoran Zaev ilə görüşüb
  24 Sentyabr 2019    Oxunub:2098
Xarici İşlər naziri Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının Baş naziri Zoran Zaev ilə Nyu Yorkda, BMT-nin Baş Assambleyasının 74-cü sessiya çərçivəsində görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Şimali Makedoniya Respublikası arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə etdilər.

Görüşdə Azərbaycan-Şimali Makedoniya Respublikası arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunuldu.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında fikir mübadiləsi aparan tərəflər, enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etdilər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi apardılar.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti