Vurğun Əyyub vəfat etdi

   Vurğun Əyyub vəfat etdi
  24 Sentyabr 2019    Oxunub:2583
Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk sədri Vurğun Əyyub vəfat edib.

Azvision.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən 62 yaşlı V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib.
Mərhumun cənazəsi Hövsan qəsəbəsində yerləşən "Dədə Qorqud" qəbirstanlığında torpağa tapşırılacaq.

Azvision.az


Teqlər: VurğunƏyyub   Vəfat  





Xəbər lenti