“Pensiyaların minimum məbləğində 72 faiz artım olub” - Nazir müavini

“Pensiyaların minimum məbləğində 72 faiz artım olub” -   Nazir müavini
  24 Sentyabr 2019    Oxunub:3429
"Bu il Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılıb. Başqa sözlə desək, minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırılıb. Bu da bir milyon 350 min insanı əhatə edir"
Azvision.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Nazir müavini bildirib ki, il ərzində özünüməşğulluq proqramında 10 min vətəndaş iştirak edir: “İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım olub, Bundan əlavə, ilin əvvəlindən 14 mindən çox şəxsə elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə olunub".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MətinKərimli   ƏƏSMN  





Xəbər lenti