Vurğun Əyyub son mənzilə "Ruhani" ilə yola salındı - VİDEO

   Vurğun Əyyub son mənzilə "Ruhani" ilə yola salındı -  VİDEO
  24 Sentyabr 2019    Oxunub:5970
1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri olmuş Vurğun Əyyub dəfn olunub.
Azvision.az xəbər verir ki, uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişən V.Əyyubla vida mərasimi keçirilib. Mərasimdə onun ailə üzvləri, yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhum vəsiyyət edib ki, onu son mənzilə "Ruhani" havası ilə yola salsınlar. Bu səbəbdən vida mərasimində sazla "Ruhani" səsləndirilib. Daha sonra V.Əyyubun cənazəsi Hövsanda yerləşən "Dədə Qorqud" qəbirstanlığında torpağa tapşırılıb.



Azvision.az


Teqlər: VurğunƏyyub   Dəfn  





Xəbər lenti