Vüsal Hüseynov İsveçrə səfirini qəbul edib

Vüsal Hüseynov İsveçrə səfirini qəbul edib
  24 Sentyabr 2019    Oxunub:2770
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşüb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, xidmət rəisi Azərbaycanla İsveçrə arasında əməkdaşlığa və tərəfdaşlığa əsaslanan mövcud siyasi-iqtisadi münasibətlərin önəmini qeyd edib. Bildirib ki, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, Azərbaycanın dövlət başçısının İsveçrədə keçirilən Davos Forumunda və digər mühüm tədbirlərdə mütəmadi iştirak etməsi əlaqələrin möhkəmləndirilməsinin əyani göstəricisidir.

Xidmət rəisi Azərbaycanın həyata keçirdiyi miqrasiya siyasəti, Dövlət Miqrasiya Xidmətində son illər görülən işlər, ölkəmizdə yaşamaq və işləmək üçün gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətə inteqrasiya olunmaları məqsədilə reallaşdırılan irimiqyaslı layihələr barədə məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən səfir Muriel Peneveyre qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Görüşdə iki ölkənin miqrasiya orqanları arasında əməkdaşlığın qurulması, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Azvision.az



Teqlər: DMX  





Xəbər lenti